Loading...
Loading...

“Avro 2016”da terror şoku: “Fransaya getməyin!”

Futbol üzrə Avropa çempionatının başlanmasına saatlar qala Fransada terror təhlükəsi ilə bağlı narahatlıq artıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə olan Kosova media nümayəndələri terror təhdidi ilə əlaqədar xarici ölkə azarkeşlərinin Fransaya gözləniləndən daha az gəldiyini bildirib.

Mətbuatın yazdığına görə, İngiltərə hökuməti ingilis azarkeşlərini Fransaya getməməyə çağırıb. Çağırışı İngiltərənin Xarici İşlər Nazirliyi də təsdiqləyib. İngiltərədən olan media nümayəndələri təhlükəsizlik gücləri tərəfindən xüsusi mühafizə altına alınıb.

Terror təhlükəsi ilə əlaqədar futbol matçlarının nəhəng ekranlardan izlənilməsi bütün ölkə ərazisində qadağan edilib. İdman naziri Terri Brallard təhlükəsizlik tədbirləri çərçivəsində kafe və restoranların bağçalarında açıq havada qurulan böyük ekranlardan futbol oyunların izlənilməsi üçün istifadə olunmayacağını deyib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrə idmançıların növbəti görüşü

%d bloqqer bunu bəyənir: