Avro-2016: Türkiyə üçün son şans


Fransada keçirilən Avropa çempionatı davam edir. Bu gün turnirdə 4 qarşılaşma baş tutacaq.

“Avro-2016″da qrup mərhələsinin III turunun iki oyunu saat 20:00-da, digər ikisi isə 23:00-da start götürəcək. Əvvəlcə C qrupunda qərarlaşan komandaların taleyinə aydınlıq gələcək. Almaniya Şimali İrlandiyanı məğlub etsə, qrup lideri kimi 1/8 finala vəsiqə qazanacaq.

Ukrayna ilə qarşılaşacaq Polşaya isə növbəti mərhələyə vəsiqə üçün heç-heçə də bəs edir.

Ən dramatik oyunların isə D qrupunda qərarlaşan komandaların iştirakı ilə keçəcəyi gözlənilir. Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. “Ay-ulduzlular” 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidirlər.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Avro-2016 Almaniya və Polşa növbəti mərhələdə

%d bloqqer bunu bəyənir: