Loading...
Loading...

Avro-2016: bu gün üç oyun keçiriləcək

Bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu keçiriləcək.

APA-nın məlumatına görə, ilk olaraq Britaniya derbisi baş tutacaq. “B” qrupunun mərkəzi qarşılaşmasında İngiltərə Uelslə oynayacaq. Qrupdakı ilk matçında Rusiya ilə son dəqiqələrdə buraxdığı qolla bərabərə qalan Roy Hocsonun yetirmələri qonşuları ilə oyunda ilk qələbənin sevincini yaşamaq istəyirlər. “Qırmızı əjdahalar” isə ikinci oyunu da itkisiz keçərək qrupdan çıxmağı böyük ölçüdə təmin etmək istəyirlər.

Günün digər matçları isə C qrupu çərçivəsində baş tutacaq. Əvvəlcə Ukrayna Şimali İrlandiya ilə, daha sonra isə Almaniya Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk matçında yaxşı oynamasına rəğmən yekunda məğlub olan ukraynalılar bu dəfə meydana mütləq qələbə əzmi ilə çıxacaqlar. Almaniya – Polşa matçı isə ilk matçı qələbə ilə başa vuran iki komandanın dueli olacaq. Qalib gələn komanda növbəti mərhələyə yüksəlmək uğrunda inamlı addım atmış olacaq.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Daha bir ağırlıqqaldıranda dopinq aşkarlanıb

%d bloqqer bunu bəyənir: