Now Reading:
AVP referendumla bağlı bəyanat yayıb…
Full Article 40 second read

AVP referendumla bağlı bəyanat yayıb…

Ana Vətən Partiyası sentyabrın 26-da keçirilmiş referendumla bağlı bəyanat yayıb.
 


 Bəyanatda deyilir:
Müasir milli dövlətçiliyimizin möhkəmlənməsində, idarəçilik sisteminin təkmilləşməsində, ölkəmizdə demokratik proseslərin və insan hüquq və azadlıqlarının dərinləşməsində, respublikamızın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktına keçirilən ümumxalq səsverməsi – referendum xalqımızın yüksək siyasi fəallığı ilə yekunlaşdı.
İlkin açıqlamalar deməyə əsas verir ki, referendum baş tutmuşdur, seçiçilər fəallıq nümayiş etdirmişlər və səsvermə zamanı referendumun nəticələrinə mənfi təsir göstərə biləcək qanun pozuntuları qeydə alınmayıb.
Bunu Beynəlxalq müşahidəçilərin açıqlamaları da sübut edir.
Ana Vətən Partiyası əmindir ki, Konstitusiyamıza xalqın iradəsilə edilən dəyişiklik və əlavələr dövlətimizin bu gününə və sabahına hədəflənən ciddi və əhəmiyyətli töhvələrini verəcəkdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: