Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ATV aparıcısını döyən müdirin sorğu-sualı başladı

ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılova və kanalın digər əməkdaşlarına hücum çəkən şəxslər hazırda Şamaxı Rayon Polis Şöbəsindədir.

Bu barədə Axar.az-a Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Bildirilir ki, hadisə “Şamaxı” restoranında baş verib və hazırda restoranın sahibi və digər şəxslər dindirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, iyunun 4-də, saat 19 radələrində ATV-nin “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

 

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

 

Toplanmış material rayon prokurorluğuna göndərilib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Almaniya Bundestaqında Qarabağla bağlı bəyanat yayıldı

%d bloqqer bunu bəyənir: