Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Atletlər qadağadan şikayət verəcək

Rusiyanın tanınmış idmançısı, şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena Isinbayeva deyir ki, rusiyalı atletlərin Rio Olimpiadasında iştirakına qadağadan şikayət verəcək.

Beynəlxalq Olimpiya Komitəsi iyunun (BOK) 21-də bildirib ki, rusiyalı atletlər genişmiqyaslı dopinqdən istifadə etmədiklərini sübuta yetirməyincə avqustda oyunlara buraxılmayacaqlar.

Isinbayeva təmiz olduğunu bildirib və ümidini ifadə edib  ki, sonucda Rusiya bayrağı altında yarışa biləcək.

O, BOK prezidenti Thomas Bach-a təşəkkür edib ki, rusiyalı və keniyalı atletlərin adlarını təmizə çıxarmalarına şərait yaradır.

Rusiya Olimpiya Komitəsinin Prezidenti Aleksandr Zhukov da nikbinliyini bildirib ki, rusiyalı atletlər komitənin qərarı sayəsində Rioya yarışmaya gedə biləcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

2765 PKK silahlısı məhv edilib

%d bloqqer bunu bəyənir: