Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Atletlər kəndi”ndəki qəzada təqsirləndirilənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Məhkəmənin hökmü ilə H.Salamovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə olunma) maddəsi həmin məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib.

H.Salamov və V.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını Məntəqə Tipli Cəzacəkmə Müəssisəsində çəkmələri barədə qərar qəbul edilib.

E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Digər təqsirləndirilən F.Əmiraslamovun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçi və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub.

Sürücü V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Talışo Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov polis bölməsinə çağırılıb

%d bloqqer bunu bəyənir: