Loading...
Loading...

“Atlas” klinikasında soyğunçuluq – Faktlar

 “Atlas” tibb mərkəzində pasientlər soğan qabığı kimi soyulur. 24saat.org-a verilən xəbərə görə, klinika bazar tariflərinə uyğun olmayan qiymətlər müəyyən edib.

Adı müxtəlif qalmaqallı işlərdə çəkilmiş “Atlas” barəsində Səhiyyə Nazirliyinə müraciət olunub ki, buradakı qiymətlər tənzimlənsin. Klinika rəhbərliyi adi bir müayinə üçün 30-50 manat arası qəbul haqqı təyin edib.

Məlumatda bildirilir ki, “Atlas” klinikasında nervpotoloq Füzuli həkimin müayinə üçün qəbuluna yazılmaq 50 manatdır. Adi bir müayinəyə 50 manat istənilməsi hansı meyarla ölçülüb izah olunmur. Nə nazirlik, nə real bazar qiymətləri belə bir rəqəm qoyulmasını tələb edir. Bu halda klinika rəhbərliyi özbaşına qərar verərək 50 manat istəyir.  Həkim nə əməliyyat edir, nə tibbi ləvazimat istifadə olunur. Bu halda 50 manata qəbula düşmək absurd qərardır.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılmış “Atlas Medical Center” fəaliyyətini bərpa edib.

2008-ci ildən Bakıda fəaliyyətə başlayan “Atlas Medical Center” 2014-ci il dekabr ayının 2-də fəaliyyətini dayandırmışdı. Tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlandığı və səhv müalicə səbəbindən bir neçə pasientlə məhkəməlik olan klinikanın lisensiyası Səhiyyə Nazirliyi tərəfindən geri alınmışdı.

Bir müdət əvvəl bir xanım oxucu, bu klinikanı “bazar”a bənzədib:

“Qadın xəstəliyi ilə bağlı dövlət xəstəxanasında bir genikoloqun yanına getdim. Həkim məndən analizi “Atlas Tibb Mərkəzin”də verməyimi istədi. Təbii ki, mənim üçün hər şey aydın idi. Bilirdim ki, həkim bu klinikadan faiz alır və öz gəlirini düşünür. Klinikadan mənə elə bir qiymət deyildi ki, dodaqlarım “uçuqladı”. Məndən bir qan analizinə və USM analizinə görə 238 AZN pul istədilər”.

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Qarabağ əlillərinə ev verildi

%d bloqqer bunu bəyənir: