Loading...
Loading...
ata

Atatürkü təhqir edən TV-nin məhkəməsi ATATÜRKÜN ÖLÜM VAXTIna təyin edildi – 09:05

Atatürkün vəfat ildönümündə “Zülm 1938də sona çatdı” başlığıyla video yayımlayan AKİT TV  məhkəməyə 09:05-də çıxmalı olacaq. 24saat.org saytı hurriyet.com.tr-yə istinadən  bildiri ki, diqqət çəkən saat Mustafa Kamal Atatürkün gpzlərini əbədi olaraq yumduğu vaxtı göstərir. 

Akit TVdə keçən il Atatürkün ölüm ildönümündə “Zülm 1938də sona çatdı” başlığı bir video yayımlayıb. Bu yayım ciddi etiraza səsəb olub. Bunun ardından İstanbul, Muğla, Mersin, Sakarya, Hatay, Manisa, Dənizli, İzmir, Aydın, Gaziantep, Bartın, Kocaeli, Çanaqqala, Burdur, Ordu, Çorum, Antalya, Adana, Ankara və Giresun Barolar, Atatürkçü Düşüncə Dərnəyinin Bakırköy, Mersin, Gümüşhacıköy, Marmara Ereğlisi, İzmir, Tokat, Alanya, Kozan, İnegöl, Giresun şöbələri, Həmkarlar İttifaqları Təşkilatı, Təhsil və İnformasiya Həkkarlar İttifaqı, Türkiyə Veteran Zabitlər Dərnəyi, Bakırköy Respublika Prokurorluğu və İstanbul İl Təhlükəsizlik Təşkilatından əlavə ikisi həbsxanadan olmaq üzrə 391 fərdi şikayət ərizəsi verilib.

Baş Prokurorluq Akil TV-nin məsul katibi Əli Özken haqqında “Atatürkün xatirəsinə açıq-aşkar təhqir, Atatürkü təmsil edən heykəl, büst və abidələri və ya qəbirini qırma və ya dağıtma” ittihamı ilə 4.5 ilə qədər həbs cəzası istəyiylə ittiham qaldırıb.

İddianı qəbul edən Küçükçekmece beşinci Cəza Məhkəməsi  ilkin baxış üçün 22 Fevral 2017 ci il tarixini seçən məhkəmə, prosesin başlama saatı olaraq da 09.05-i təyin edib.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Seymur Həziyə beynəlxalq mükafat verildi; “Biz hazırkı dünyada günahkarıq, çünki…” VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: