Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ata qızının bağça müəlliməsinə “Mercedes” bağışladı

Müəllimə balaca qıza anasızlığı hiss etdirmədiyi üçün bahalı hədiyyə alıb.

Atadan bağçanı bitirən qızının müəlliməsinə sürpriz. ANS PRESS-in məlumatına görə, qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə ediblər.

Varlıların çox olduğu ölkədə kişi sevincindən qızının müəlliməsinə “Mercedes” bağışlayıb.

Nur el Faris adlı qızın atası övladının məktəbə qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə “Mercedes”in ən son modelini bağışlayıb.

Üzərində balaca Nurun əyləşdiyi maşının ön şüşəsində isə belə yazılıb: “Bu maşın ən sevimli müəlliməm Nadia üçündür”.

Adını açıqlamayan ata isə dünya mətbuatında yer alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər şəfqətli və mehriban olub ki, ona bu dərdi yaşatmayıb.

Nur el Faris - küveytli qız

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qazaxıstan polisi: 5 silahlı öldürülüb

%d bloqqer bunu bəyənir: