Loading...
Loading...
101112

“Ata etdiyi əmələ görə cəzalanmayacaqsa, sabah bundan betərləri olacaq”

“Atanın qızını tövlədə saxlaması hadisəsi ilə bağlı çox fərqli fikirlərin şahidi olduq. Təəssüf ki, bu olayla bağlı fikirlər daha çox cinayətin ört-basdır edilməsinə xidmət edir. Mən bir şeyi anlamıram, məişət zorakılığına qarşı mübarizə haqqında qanun varsa, buna qarşı çıxmaq nə deməkdir? Özü də qanuna səs verənlər tərəfindən…”

Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova atanın qızını 8 il tövlədə zəncirləməsi hadisəsinə münasibət bildirərkən deyib.

Image result for mehriban zeynalova

Mehriban Zeynalova bu məsələni ictimailəşdirən Xoşqədəm Hidayətqızına yönələn təndiqlər haqqında da danışıb:

“Xoşdəm Hidayətqızının bu hadisəni efirə verdiyi süjetdə pafosun olması ilə bağlı fikirlərlə razıyam. Amma bu, bir gənc qızın taleyi ilə bağlı məsələdirsə, onun uşaq huquqlarının pozulmasına dair hayqırtıdırsa, bunu niyə susdurmağa çalışırlar?

Ümimiyyətlə məni təəccübləndirən bir sıra mesajlar var. Mən gözləyirdim ki, ölkədə bu məsələ ilə bağlı hamı həmrəy olaraq bu cür davranışa ciddi cəza tələb edəcək. Çünki əgər bu ata etdiyi əmələ görə cəzalanmayacaqsa, sabah bundan betərləri olacaq. Mentaliteti və ailə münasibətlərini qabardanlar adi insanlar deyil. Kifayət qədər intellektual insanlardı. Bu insanların belə susqun qalması qəbuledilməzdir. Eləcə də qanunun aliliyindən yan keçməyə cəhdir. Mən sual verirəm, qanunverici orqanda necə qərar qəbul edirlər. Bu, bir növ bilirsiz nəyə bənzəyir? Ailə mənim şəxsi mülkümdür, onun insan haqlarına heç bir dəxli yoxdur. Bəs ondan ölkədə uşaqlar dövlətə məxsusdur deyən qanunlar nəyə lazım. Hər kəs bir mal tövləsində öz uşağını saxlasın və istədiyi kimi davransın.

Biz gündəlik həyatımızda bu cür susuqunluqlarla cəmiyyətdə kifayət qədər qadına qarşı zorakılığı artırırıq. Unutmamısınızsa bu yaxınlarda Tovuzda başı kəsilən xanım xırıldayıb ölərkən ətrafdakılar yardım yox, video çəkməklə məşğul olmuşdular. Buna nail olmaq istəyirik? Məncə bu fikri səsləndirənlər belə olaylarla bağlı bir az düşünsünlər. Bu cür çıxışlar artıq məndə sual doğurur. Kimi müdafiə etmək üçün belə aqressiv çıxışlar səslənir?”

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Nəyin əsasında mənə 17 il iş istəyirsiniz, lap 117 il olsun, vecimə deyil”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: