Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ATƏT XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edəcək

Bu gün Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

SİA TASS agentliyinə istinadən xəbər verir ki, görüşün əsas mövzuları təhlükəsizlik, həmçinin silahlanma üzərində nəzarət və terrorçuluqla mübarizə, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in XİN rəhbərlərinin 2016-cı ilin dekabrında Hamburqda keçiriləcək görüşünə hazırlıq olacaq.
Müzakirələr Bakı vaxtı ilə 14:30-da başlayacaq. Görüşün yekununa dair ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer mətbuat konfransı keçirəcək.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Seçki bülletenləri 15 gün qalmış paylanacaq

%d bloqqer bunu bəyənir: