Loading...
Loading...

ATƏT Qarabağ danışıqlarında iştirak etməyəcək

ATƏT Dağlıq Qarabağ üzrə zirvə görüşünə hazırlıqda iştirak etmir. ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Radjakoviç deyib.

O, jurnalistlərin Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan üçtərəfli görüşü barədə suallarına cavab verməyib və bildirib ki, ATƏT Dağlıq Qarabağa dair sammitin təşkilinə cəlb olunmayıb, ona görə bu görüş barədə şərh verə bilməz. “Bizim bildiyimiz qədər bu görüş Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Odur ki, məsələ ilə bağlı suallarınızı Rusiya hakimiyyətinə ünvanlaya bilərsiniz”.

Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verərək bildirib ki, Vladimir Putin iyun ayının 20-də Azərbaycan və Ermənistandan olan həmkarları ilə Sankt-Peterburqda Dağlıq Qarabağ probleminin həlli məsələsini müzakirə edəcək.

Onun sözlərinə görə, iyun ayının 20-də bazar ertəsi günü Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Əvvəlcə Rusiya prezidentinin İ.Əliyev və S.Sarkisyan ilə təkbətək görüşəcəyi gözlənilir. Daha sonra üç prezident birgə danışıqlar aparacaq.

Uşakov qeyd edib ki, Rusiya tərəfi münaqişənin həlli üçün tərəflərə kömək etmək üçün aktiv addımlar atacaq. O qeyd edib ki, ölkəsi aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb.

“İndi biz ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tam əməkdaşlıq prinsipləri əsasında təklif edilən vasitəçilik missiyasını yerinə yetiririk. Görək bu üçtərəfli görüş nə nəticə verəcək. Biz maraqlı və fəal dialoq aparmaq istəyirik”.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gəlib

%d bloqqer bunu bəyənir: