Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ATƏT PA-sı Qarabağla bağlı qətnamə hazırlayıb

“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırırıq”. ANS PRESS-in məlumatına görə, bu sözləri ATƏT PA-nın siyasi və təhlükəsizlik məsələləri üzrə komissiyasının məruzəçisi Marqarita Sederfelt hazırladığı qətnamə layihəsində qeyd edib.

ATƏT-in yaydığı bəyanatda bildirilir ki, münaqişələrin həlli istiqamətində beynəlxalq dialoqun möhkəmləndirilməsi ilə bağlı məruzə və qətnamə layihəsi hazırlanıb.

“Qətnamədə münaqişələrin gələcəkdə gərginləşməsi ilə bağlı risklərin azaldılması və etimad mühitinin yaradılması qeyd edilib. Həmçinin Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub”.

Layihədə həmçinin Azərbaycan və Ermənistanla yanaşı Gürcüstan və Moldovailə bağlı münaqişələrdə siyasi iradənin nümaiyiş etdirilməsinin vacibliyi vurğulanıb.

Qətnamə layihəsi 1-5 iyul tarixlərində təşkilatın Gürcüstanda keçirlən illik iclasında müzakirə olunacaq.

Aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında vəziyyət gərginləşdikdən sonra Dağlıq Qarabağ münaqişəsi beynəlxaql təşkilatların diqqətini cəlb etməyə başlayıb.

Apreldə iki dəfə təmas xəttində gərginlik yaşanıb. Onlardan biri aprelin 2-dən 5-dək, digəri isə aprelin 25-dən bu günədək müşahidə olunub.

Hər iki halda Ermənistan Silahlı qüvvələri Azərbaycanın mövqeləri və kəndlərini atəşə tutub, təxribata cəhd ediblər.  Apreldə iki dəfə təmas xəttində gərginlik yaşanıb. Onlardan biri aprelin 2-dən 5-dək, digəri isə aprelin 25-dən bu günədək müşahidə olunub. Hər iki halda Ermənistan Silahlı qüvvələri Azərbaycanın mövqeləri və kəndlərini atəşə tutub, təxribata cəhd ediblər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Rusiya Azərbaycana 5 milyard dollarlıq hücum silahı satıb”

%d bloqqer bunu bəyənir: