Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Atəşkəslə bağlı 17 iyun açıqlaması

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 23 dəfə pozublar.


Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex kəndindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.
Nazirlik bildirir ki, Tərtər, Xocavənd, Füzuli və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Müdafiə Nazirliyinin iyunun 16-da yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 8 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakı küləyi Formula 1 avtoqraf mərasimini təxirə saıldı

%d bloqqer bunu bəyənir: