Loading...
Loading...

Atəşkəsin 120 dəfə pozulduğu deyilir

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 120 dəfə pozublar. Bu zaman 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Ağstafanın Köhnəqışlaq, Qazaxın Qızılhacılı, Kəmərli kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuzun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu deyilir.

Bundan başqa, Krasnoselski rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı mövqelərinin də vurulduğu açıqlanır.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı və Nəmirli kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri də əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə zərbələr endirib.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

1300-ə yaxın partlamamış sursat tapılıb

%d bloqqer bunu bəyənir: