Loading...
Loading...

Atəşkəs yenidən pozulub

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 112 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarındakı mövqelərindən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndləri atəşə tutulub.

Habelə, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanır.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xədicə İsmayıl UNESKO-nun mükafatına layiq görüldü

%d bloqqer bunu bəyənir: