Advertisements
24 saat

ATƏT sədrinin şəxsi nümayəndəsi işğal altındakı Dağlıq Qarabağda olub


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər edib.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, Ancey Kaspşik Xankəndidə separatçı rejim nümayəndələri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlərlə bağlı məsələləri müzakirə edib.

Bundan öncə Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: