Now Reading:
ATƏT PA Tbilisidə illik sessiya keçirir
Full Article 50 second read

ATƏT PA Tbilisidə illik sessiya keçirir



ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə məruzəçisi, isveçrəli deputat Marqareta Sederfelt iyunun 1-dən 5-dək Tbilisidə keçiriləcək ATƏT PA-nın 25-ci illik sessiyasında baxılacaq məruzə və qətnamə layihəsi hazırlayıb.

“Report” ATƏT PA mətbuat xidmətinə istinadən xəbər verir ki, məruzə və qətnamə layihəsinə Dağlıq Qarabağ münaqişəsi və regionun bir sıra digər həll olunmamış münaqişələrin nizamlanması məsələsi daxil edilib.

“ATƏT regionunda müşahidə etdiyimiz etimadın itirilməsi bizim qarşılıqlı təhlükəsizliyimizə nəzərə çarpan dərəcədə mənfi təsir göstərib. Yalnız dialoqun və siyasi iradənin möhkəmləndirilməsi yolu ilə diplomatik səylər mübarizə aparan tərəflərin yaxınlaşmasında müvəffəqiyyətə, münaqişələrin və ümumi təhlükələrin həllinə gətirib çıxara bilər”,- məruzənin müəllifi bildirib.

M.Sederfelt deyib ki, ATƏT bu cür problemlərin həlli üçün öz potensialından istifadə etməlidir.

Məruzədə, həmçinin bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən gərginlikdən narahatlıq ifadə olunub.

Qətnamə “gələcək hərbi əməliyyatlar üzrə riskin azaldılması üzrə etimad tədbirlərinin gücləndirilməsi haqqında müqaviləyə yardım göstərmək məqsədilə münaqişə tərəflərinin siyasi iradəsinin təşviqi ilə bağlı parlamentarilərə çağırışı” əks etdirir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: