Loading...
Loading...

‘Aşurbəy’ məscidi boşaldılır

«Hazırda məscidi boşaldırıq. Bizə deyilib ki, məscidi tam boşaldıb təhvil verək».

Bunu Azadlıq Radiosuna İçərişəhərdəki «Aşurbəy» məscidi icmasının təmsilçisi («Ləzgi» məscidi adı ilə də tanınır) Faiq Mustafa bildirib.

Onun deməsinə görə, iki maşın verilib ki, məscidə aid avadanlıqları, buradakı kitabları daşıyaq.

F.Mustafa hara gedəcəklərini deməyib, sadəcə bir iki yerə baxdıqlarını söyləyib.

O, qeyd edib ki, məsciddə təmir işlərinin nə zaman başlanacağı və nə zaman bitəcəyi barədə məlumat ala bilməyib. Hətta təmirdən sonra yenidən bu məscidə qayıdıb-qayıtmayacaqları da aydın deyil: ««İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi bizə deyir ki, təmirdən sonra bura qayıdacağınıza təminat vermirik».

F.Mustafanın deməsinə görə, Səbail Rayon Polis İdarəsindən gələrək onlara xəbərdarlıq verilib ki, iyulun 26-dan məscid təmirə görə bağlanılır. F.Mustafa təmirə görə məscidin bağlanmasını bəhanə sayır. Məscidin daxilinin qaydasında olduğunu bildirir.

Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Qurumundan münasibət bildirmək istəməyiblər. Oradan adının çəkilməsini istəməyən rəsmi «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi ilə əlaqə saxlamağı məsləhət bilib. İdarədən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hərbi zavoddakı partlayışla bağlı cinayət işi başlanılıb – RƏSMİ

Loading...
%d bloqqer bunu bəyənir: