Now Reading:
Astroloji proqnoz – 28 may
Full Article 1 minutes read

Astroloji proqnoz – 28 may



Qoç – Gün uğurlu keçəcək. Boş yerə vaxt itirməyin. Perspektivli sövdələşmələrdə iştirak etməyə çalışın.

 

Buğa – Yeni təkliflər alsanız da, tələsməməyiniz məsləhətdir. Qərarlarınız uğursuz ola bilər.

 

Əkizlər – İnsanlara qarşı soyuqqanlı olmayın. Əsəbi davranışlar heç kimə xeyir gətirməyib.

 

Xərçəng – Səfərə çıxmaq üçün uğurlu gündür. Büdcəniz imkan verirsə, bu şansı əldən verməyin. Darıxdığınız insanlarla maraqlı məclisdə iştirak gözlənilir.

 

Şir – Gərgin gündür. Lakin xoşagəlməz stiuasiyadan çıxa biləcəksiniz.

 

Qız – Qəlibləşmiş fikirlərinizə balta vuran, dəyərli bir insanla qarşılaşacaqsınız. Onunla baş tutan söhbət bütün həyat yolunuzu dəyişə bilər.

 

Tərəzi – Son vaxtlar riskli hərəkətlərə tez-tez yol verirsiniz. Ehtiyatlı olun.

 

Əqrəb – Sevindirici xəbərlər yolunuzu gözləyir. Gün ərzində əhvalınız yaxşı olacaq. Səhhətinizə fikir verin.

 

Oxatan – Tanışlarla xırda mübahisələriniz mümkündür. Məsləhətlərə əməl etməsəniz də, həralda dinləməyi öyrənməlisiniz.

 

Oğlaq – Çətin məqamlardan keçəcəksiniz. Aldığınız bir xəbər bütün əhvalınızı korlaya bilər. Siqaret və spirtli içki kimi zərərli vərdişlərdən uzaqlaşmağa çalışın.

 

Dolça – Günün birinci yarısı ürəyinizcə olacaq. Günortadan sonra isə görüş təklifinin qəbul edib-etməməyiniz hər şeyi müəyyənləşdirəcək.

 

Balıq – Heç kimdən yaxşılıq gözləməyin. Özünüz də yaxşılıq edəndə qarşılığınızı alacağınız ümidinə qapılmayın. Sadəcə vicdanınızı dinləyin.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: