Advertisements
24 saat

Astroloji proqnoz – 23 aprel

Qoç – Maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq.
Buğa – Saat 15-ə qədər ovqatınıza mənfi təsir edən hadisələr cərəyan edəcək. Bu gün çox pul xərcləməyin.
Əkizlər – Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələriniz uğurlu olacaq.
Xərçəng – Saat 13:00-a qədər yaxşı heç nə gözlənilmir. Sonrakı müddətdə isə hər hansı problemlə rastlaşmayacaqsınız.
Şir – Sizə qarşı qərəzli çıxışlar ola bilər. İmkan olsa, nahardan sonra qonaq gedin.
Qız – Maraqlı hadisələrin şahidi olacaqsınız. Enerjinizi xeyirxah işlərə yönəldin.
Tərəzi – Bürcünüz üçün hansısa uğur vəd olunmur. Əsas diqqətinizi səhhətinizə yönəldin. Qeybətdən uzaq olun.
Əqrəb – Günortaya kimi gərgin dəqiqələr yaşaya bilərsiniz. Zövq məsələlərində partnyorunuzla sözünüz çəp gələcək.
Oxatan – Gününüz maraqlı keçəcək. Qonaq getmək üçün uyğun gündür.
Oğlaq – Şəxsi işlərinizdə böyük dönüş yaranacaq. Perspektivlərinizi reallaşdırmağa can atın.
Dolça – Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə üzvləri ilə gərginlik yaşaya bilərsiniz.
Balıq – Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Heç bir məsələdə riskə getməyin.
Publika.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: