Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Astroloji proqnoz – 21 iyun

Qoç – Boş-boşuna oturmağınız məsləhət deyil. Aktivliyinizi artırmalısınız.

 

Buğa – Büdcənizdə artım yaratmaq üçün kifayət qədər şansınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

 

Əkizlər – Hamı ilə mehriban davranmağa çalışın. Əsəblərinizi korlayan insanlardan uzaq durun.

 

Xərçəng – Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

 

Şir – Qərarlarınızda qəti olun. Bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyin

 

Qız – Uğurlu gün hesab etmək olar. Büdcə artımı gözlənilir. Yeni təkliflər alsanız, situasiyanı düzgün qiymətləndirməlisiniz.
Tərəzi – Darıxdırıcı gündür. Yeni heç nə gözlənilmir. Odur ki, istirahətə və məhəbbətə vaxt ayırın.

 

Əqrəb – Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin.

Oxatan – Gün ərzində nəzərdə tutduğunuz bütün planlar reallaşacaq. Sadəcə, şəraitə uyğun addım atmalısınız.

 

Oğlaq – İşlərinizin çoxluğu fiziki cəhətdən sizi yora bilər. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.
Dolça – Görüş və məsləhətləşmələrdə iştirak edəcəksiniz. Qarşınızı kəsən maneələr yavaş-yavaş aradan qalxacaq.

 

Balıq – Yeni əlaqələr yaratmaq üçün düşərli vaxtdır. Nahardan sonra sevindirici xəbər eşidə bilərsiniz.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sabah Bakının iki rayonu qazsız qala bilər

%d bloqqer bunu bəyənir: