24 saat

Astroloji proqnoz – 09 iyun


Qoç – Bu gün risk etməyə dəyər. Çünki mövcud ideyalarınızı gerçəkləşdirməkdən ötrü başqa yol yoxdur. Heç kimə güzəştə getməyin.

Buğa – Uğur qazanacaqsınız. Hər şey zövqünüzə uyğun olacaq. Ətrafınızdakı insanların dəyərini bilin.

 

Əkizlər – Bütün vacib işlrinizi nahara kimi yekunlaşdırın. Aktiv olun.

 

Xərçəng – Ciddi işlərin həllini yenə təxirə salacaqsınız. Bu isə sizə mane olan məsələləri daha da qəlizləşdirəcək.

 

Şir – Heç nəyə tələsməyin. Səbirli olsanız, işlər arzuladığənız kimi alınacaq.

 

Qız – Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. İş yerində əsəbləriniz tarıma çəkiləcək.

 

Tərəzi – Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti ilə dil tapacaqsınız. Qonaq çağrılsanız, təklifi geri çevirməyin.

 

Əqrəb – Təsadüfi hadisələr keçmişdə aldığınız yanlış qərarları bird aha gündəmə gətirəcək. Xatirələrdən uzaqlaşmaq sizing üçün çox çətin olacaq. Tək qalmamaq məsləhətdir.

 

Oxatan – İşgüzar sövdələşmələr zamanı diqqətli olun. Səhhətinizi  qoruyun. Mübahisələrdən yayının.

 

Oğlaq – İş həyatı sizi mənəvi baxımdan yorur. Daxili sıxıntılarınız gün keçdikcə daha da artır. Bu artıq dözülməz hal alıb. Təcili olaraq çıxış yolu haqqında düşünün.

 

Dolça – Çətin işlərin öhdəsindən gəlmək üçün dostlardan və ailə üzvlərindən dəstək istəyin. Vaxtınızı faydasız məşğuliyyətlərə sərf etməyin.

 

Balıq – Sizi narahat edən məsələlər müvəqqəti olaraq həllini tapacaq. Axşam saatlarını sevdiyiniz şəxsə ayırın. Söhbətləşmək münasibətinizə müsbət təsir edəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: