Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Astroloji proqnoz – 07 iyun

Qoç – Uğurlarınız artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər.

 

Buğa – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

 

Əkizlər – Həqiqətə yaxın olan arzular qurun. Yoxsa xəyal qırıqlığına uğrayacaqsınız. Ətrafınızda bir neçə paxıl insan var. Onlara əhəmiyyət erməyin.

 

Xərçəng – Daxilən narahat hiss edəcəksiniz. Gərgin gün olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin.

 

Şir – Hər bir məsələdə qanunauyğun addım atın. Yalan vəd vermək, məsuliyyətsizlik sizi gözdən sala bilər.

 

Qız – Fiziki işlərdən uzaq olun. Məclisdə iştirakınız mümkündür. Səhhətinizə fikir verin.

 

Tərəzi – Sürprizlərlə dolu gün yaşayacaqsınız. Maraqlı görüşləriniz gözlənilir. Həyəcanlı olduğunuzu bəlli etməyin.

 

Əqrəb – Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.

 

Oxatan – Ümumi durumunuz qənaətbəxş olsa da, mənəvi problemlərə dözümsüzlüyünüz işləri korlaya bilər. İndi güc toplamalısınız. Əsəbləriniz həddən artıq gərgindir.

 

Oğlaq – Hər şey özünüzdən asılı olacaq. Vaxtınızın çoxunu axtarışda keçirəcəksiniz.

 

Dolça – Perspektivli işlərə imza atacaqsınız. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyətli görüşmələr gözənilir.

 

Balıq – Müəmmalı hadisələrlə üzləşəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bu ilin əvvəlıindən Gürcüstana 600 min azərbaycanlı səfər edib

%d bloqqer bunu bəyənir: