Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Astroloji proqnoz – 06 iyul

Qoç – bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə  ünsiyyət qurmaq olar.

 

Buğa – şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz.

 

Əkizlər – bu gün dəfələrlə sevinmək imkanınız olacaq. Xeyli uğurlu təsadüflər mümkündür. Ciddi qələbələri hələ gözləməyin, amma onların yoxluğu da kefinizi pozmasın. Yaradıcı işlər üçün əla gündür. Məsələlərin qeyri-standart həlli yollarını tapa bilirsiniz.

 

Xərçəng – Ağlınıza orijinal ideyalar gələcək. Əzizlərinizlə ünsiyyət, ailə tədbirləri, romantik görüş üçün münasib gündür. Yeni tanışlıqlar qurmağa isə tələsməyin – onlar sizə gözlədiklərinizi verməyəcək.

 

Şir – dünənkindən fərqli olaraq, bu gün elə də xoş və uğurlu deyil. Amma onu pis hesab etmək vicdansızlıq olardı. Məsələn, bütün danışıqlar uğurlu keçir, müsahiblərinizi özünüzün haqlı olduğunuza inandırmaq üçün sizə sanılı dəqiqələr bəs edir. Vaxtilə çox məhsuldar əməkdaşlıq etdiyiniz şəxslərdən maraqlı iş təklifləri ala bilərsiniz.

 

Qız – şəxsi həyatınızda ciddi dəyişiklik gözləməyin: hadisələr öz axarı ilə gedir. Axşam səhhətiniz korlana bilər, özünüzü qoruyun, orqanizminizi çox yükləməyin. Soyuqlaya bilərsiniz.

 

Tərəzi – maliyyə itkiləri mümkündür. Çox uğursuz sövdələşmələr bağlaya bilərsiniz. Əvəzində sevgidə bəxtiniz gətirəcək. Ümumiyyətlə, bu gün bir çox şəxsi probleminizi çox asan və sürətlə həll edə bilərsiniz.

 

Əqrəb – maraqlı iş təklifləri alacaqsınız: bunlardan fəaliyyət sahəsini kökündən dəyişməyi tələb etməyənləri, əvvəldən seçdiyiniz istiqaməti daha da püxtələşdirməyə yönələnləri nəzərdən keçirə bilərsiniz.   Şəxsi münasibətlərdə təşəbbüs göstərə bilərsiniz. Öz hissləriniz barədə danışmaqdan, sizin üçün maraqlı olan insana tərəf ilk addımı atmaqdan çəkinməyin.

 

Oxatan – aktiv istirahət, açıq havada idmanla məşğul olmaq üçün münasib gündür. Romantik görüşlərə cəhd göstərməyin, onlar sizin gözləntilərinizi ödəmək qabiliyyətində deyillər. Dostlarla görüşlər isə ürəyinizcə olacaq.

 

Oğlaq – bu gün asan olmayacaq: hadisələr gözlədiyiniz kimi inkişaf etmir. Tələsməli olursunuz, fikirləşməyə vaxtınız qalmır. Təəssüf ki, yanınızda məsləhət edə biləcəyiniz bir insan da yoxdur, bu səbəbdən öz intuisiyanıza və ağlınıza güvənməli olursunuz. Səhv etmək ehtimalınız böyükdür.

 

Dolça – lazımi qədər səy göstərsəniz, bu gün xeyli sayda çox maraqlı və mürəkkəb işin öhdəsindən gələ biləcəksiniz. Peşəkar bacarıqlarınızı bu gün dəfələrlə parlaq şəkildə nümayiş etdirə, özünüzün karyera pillələri ilə irəliləməyə haqqınız olduğunu sübut edə biləcəksiniz.

 

Balıqlar – axına qoşulub “üzməyi” üstün tutan Şirlərin bu gün ürəyincə olacaq. Belələrinin sayı bu bürcün nümayəndələri arasında az olduğundan əksəriyyət Balıqlar darıxacaq, vacib, qeyri-adi, xususi bir nəsnə istəyəcək, amma onu elə də tez əldə edə bilməyəcəklər./Milli.Az/

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyanın Qafqazdakı “qalasında” etirazlar başlayıb

%d bloqqer bunu bəyənir: