Astroloji proqnoz – 02 iyun

Qoç – Yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Təcrübənizi artırın.

 

Buğa – Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz.

 

Əkizlər – Xırdalıqlara və detallara başdansovdu yanaşmayın. Rəğbət bəsləmədiyiniz insana yardım üçün müraciət etmək məcburiyyətində qalacaqsınız.

 

Xərçəng – Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. Axşam saatlarını dostlarla keçirin.

 

Şir – Qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək uğur qazanacaqsınız.

 

Qız – İdeyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq olacaq.

 

Tərəzi – Günün ilk yarısında bəzi aktual məsələlərin həllində çətinliklər yaranacaq. Ev işləri və ailə qayğıları diqqəti cəmləməyə mane olacaq. Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb ola bilərsiniz.

 

Əqrəb – Çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin.

 

Oxatan – Xoş gündür. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər gözlənilir.

 

Oğlaq – Günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.

 

Dolça – Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər.

 

Balıq – Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun.

AFFA-nin hesbatının ŞOK TƏHLİLİ

Sonrakı Yazı »

Azərbaycan dünyada ən çox siqaret çəkilən ölkələrdən biridir

%d bloqqer bunu bəyənir: