Now Reading:
Astara gömrüyü əməliyyat keçirdi
Full Article 30 second read

Astara gömrüyü əməliyyat keçirdi



Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4.537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1.160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: