Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
be0a248618a2b405991b0ea8cf11efdb

AŞPA Monitorinq Komitəsinin iclasında erməni təxribatının qarşısı alındı

AŞPA Monitorinq Komitəsinin ötən gün Parisdə keçirilmiş iclasında Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair Alt Komitənin missiyası çərçivəsində məruzə müzakirə olunub.

Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. O bildirib ki, iclasda Alt Komitənin Cənubi Osetiya və Abxaziya, Kiprin şimalı, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd edilib.

 

Elxan Süleymanov əlavə edib ki, iclasda ad-hok Alt Komitənin sədri və məruzəçi cənab Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq, məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirib, bu ifadə formasına etiraz edib: “O, bunun “tamamilə qəbuledilməz” olduğunu bildirib. Ermənistan üzrə həmməruzəçi Alan Meale  Ermənistan nümayəndəsinin fikrinə dəstək verib. Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməyib, lakin ermənistanlı deputat yenidən təkid edərək, komitədə böyük qalmaqal yaradıb. Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəliş 31 əleyhinə, 3 lehinə olmaqla rədd edilib”.

 

Elxan Süleymanov əlavə edib ki, S.Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilib.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Müxalifətdən Trampın prezident olmasına -REAKSİYA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: