Advertisements
24 saat

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana bu ilin noyabr ayına planlaşdıran səfəri təxirə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə Report-a AŞPA həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda bildirib.

Ş.Şennaxın sözlərinə görə, səfərin tarixi həmməruzəçilərin iş qrafiki ilə əlaqədar dəyişdirilib.

S.F.Preda bildirib ki, həmməruzəçilərin Azərbaycana səfəri yanvar ayında baş tuta bilər. O bildirib ki, dekabr ayının 11-də Rumıniya parlamentinə namizədliyini irəli sürməyə hazırlaşır.

Qeyd edək ki, o, Rumıniya parlamentinə seçilmədiyi təqdirdə AŞPA deputatı mandatından da məhrum olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: