Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aslan İsmayılov Elmar Məmmədyarovu və AZAL şefini adam yerinə qoymadı – FOTOFAKT

Aslan-IsmayilovDünən (28.04.2016) tanınmış vəkil və ictimai xadim Aslan İsmayılov Qarabağda qızğın atışma getdiyi ərəfədə bəzi məmurların, o cümlədən Xarici İşlər naziri Elmar Məmmədyarov və AZAL prezidenti Cahangir Hacıyevdən bəhs edən müqayisəli status yazıb. 24saat.org olaraq sizə təqdim edəcəyimiz həmin statusda Aslan İsmayılov bir vətəndaş kimi çox məqama toxunub. Lakin bizim diqqətimizi cəlb edən xüsusi məqam var ki, bunun üzərində dayanmaq niyyətindəyik.

Azərbaycan dilini bütün incəliyinə qədər bilən Aslan İsmayılovun qələmə aldığı statusda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və AZAL şefinin adlarını xüsusi isimlikdən çıxarılaraq balaca hərflərlə yazılıb. Bunun texniki səhv olma ehtimalının yüksək olduğunu düşünsək də, hər halda tanınmış hüquqşünasın bilərəkdən də belə bir kreativ gediş edə biləcək qədər cəsarətli olduğunu nəzərə alıb, həmin satatusu olduğu kimi sizə təqdim edirik:

Vətəndən kənarda Azərbaycanı daha yaxşı görmək olur. Xüsusilə, tək meşədə gəzib mətbuatdan ölkədə baş verənlərlə tanış olduqdan sonra olub keçənləri iş, məişət problemləri olmadan təhlil edəndə iki tip Azərbaycan vətəndaşı görürsən. Biri şəhid ailələrini göz önündə saxlayan, Vətənin çox həlledici məqamda olduğunu görüb bundan çıxış yolu axtaranlardır. Digəri isə bu gün baş verənləri, şəhid faciəsini adi sayan, vəzifəsini avtomatik, can dərdi yerinə yetirib istirahət, var dövlət düşünənlərdir.

Birincilər, aprel ayının əvvəlində şəhid olan mayor Rasim Məmmədovun atası – Birinci Qarabağ müharibəsindən sonra iki ayağını itirib ömürlük yataq xəstəsi Əbdül Məmmədovun 27 aprelə, yəni oğlunun şəhid olmasından 24 gün sonra vəfat edənə qədər keçirdikləri hissləri göz önünə gətirib Vətəni düşünənlərdir.

İkincilər, Bakıda “Crystal Hall” konsert zalında qəhqəhələrlə italyan müğənnisi Eros Ramazzottini dinləyib, yaxşı şam yeməyi düşünən, var dövlət toplamaq həvəskarları – ‪#‎AZAL‬ korrupsiya obyektinin sahibi cahangir əsgərov, Dövlətin xarici siyasətini yeyib içmək, banket gecələri ilə eyniləşdirən elmar məmmədyarov kimiləridir.

Birincilərlə ikincilər arasında olan fərqlər də ciddidir. Birincilər Azərbaycan dilini ana dili, Azərbaycanı Vətən saysalar da səfalət içində yaşayırlar. İkincilər isə azərbaycan dilində hıqqana-hıqqana danışıb, rus dilini ana dili sayıb, Azərbaycanı isə sadəcə sərvət toplamaq, yeyib içmək üçün məkan kimi görsələr də var dövlət içində boğulurlar.

P.S. Ortada olanlar da var. Bunlar sadəcə sürünə-sürünə, müharibə sözünü belə eşitməməklə yaşamağa üstünlük verirlər.

Sözügedən statusa facebook sosial şəbəkəsindən baxın:

 

Vətəndən kənarda Azərbaycanı daha yaxşı görmək olur. Xüsusilə, tək meşədə gəzib mətbuatdan ölkədə baş verənlərlə tanış…

Aslan Ismayilov tarafından gönderildi 28 Nisan 2016 Perşembe

 

aslan_ismayılov_status2

Aslan İsmayılov Elmar Məmmədyarov və Cahangir Əsgərovu belə kiçiltdi

24SAAT.ORG

 

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Keçmiş MTN başçısı Eldar Mahmudovun oğlu Anarın daha bir cinayət əməli

%d bloqqer bunu bəyənir: