Loading...
Loading...

Asiya İnkişaf Bankı Azərbaycana ayrılan kreditlər barədə

«Şahdəniz qaz-kondensat yatağının işlənməsinin İkinci mərhələsi layihəsinə Asiya İnkişaf Bankı tərəfindən mümkün maliyyə dəstəyi barədə müzakirələr və məsələlərin öyrənilməsi davam etdirilir. Bu dəstək həm layihənin birbaşa kreditləşdirilməsi, həm də layihənin digər kommersiya kreditorları tərəindən ayrılan kreditlər üzrə AİB-in zəmanəti şəklində ola bilər. Asiya İnkişaf Bankı Azərbaycanın inkişafı üzrə tərəfdaş rolunu yerinə yetirməkdə qərarlıdır», – bunu virtualaz.org-a müsahibəsində Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib. Bununla o, Beynəlxalq Maliyyə İnstitutunun Şahdəniz-2 layihəsi üçün AİB-in Azərbaycana ayırmağa söz verdiyi 1,5 milyard dollarlıq kreditin ayrılmasının sentyabr ayına qədər təxirə salınması barədə daha öncə yayılmış xəbərini şərh edib.

N.Mannapbekov əlavə edib ki, məsələnin AİB-in Direktorlar Şurasına nə zaman çıxarılması, yaxud bunun təxirə salınması barədə danişmaq tezdir. Bu, AİB-in daxili inzibati prosedurları nəzərə alınmaqla sözügedən tədqiqatların yekunlarından asılıdır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Almaniya “Şimal axını” ilə bağlı Rusiyaya şərt qoydu

%d bloqqer bunu bəyənir: