Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Asif Lətifova qarşı qanunsuzluq davam edir

Hazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin “Betta” dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovdan ekspertiza xərclərinin tələb edilməsinə hələ də son qoyulmayıb.

Asif Lətifovun anası Gülnaz Lətifova Azadlıqa bildirib ki, oğlu ədliyyə naziri Fikrət Məmmədovla baş prokuror Zakir Qaralova müraciət edəndən sonra Xüsusi Dövlət Mühafizə Xidmətindən onlarla əlaqə saxlayıblar: “Özünün idarənin inspektoru kimi təqdim edən Ceyhun adlı şəxs bizimlə əlaqə saxladı. Mən isə ona bildirdim ki, oğlumu günahsız yerə həbs etdirməyiniz bəs deyil, hələ qanunsuz olaraq ekspertiza xərclərini də onun üzərinə qoyursunuz. Ayıbdır axı. O isə məsələnin həll olunacağını dedi. Lakin heç bir nəticə yoxdur”.

Asif Lətifovun vəkili Elçin Sadıqov bildirmişdi ki, Cinayət Prossesual Məcəllənin 195-ci maddəsinə görə şəxsin həbs müddətindən 3 il keçdikdən sonra ekspertiza xərcləri ondan tələb edilə bilməz. “Amma Asif Lətifovdan tələb edirlər. Ona görə də Asif Lətifov ədliyyə naziri Fikrət Məmmədova və baş prokuror Zakir Qaralova müraciət edib”.

Bu məsələ ilə bağlı Gülnaz Lətifova da ölkə başçısına müraciət edib.

Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sabiq MTN-çilərin mühacirətdəki qohumları geri qayıdır – SAVAŞA START…

%d bloqqer bunu bəyənir: