Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qubad-ibadoglu-3

“ASAN Xidmət”də Rəsulzadə-Elçibəy qadağası

Tanınmış iqtisadçı Qubad İbadoğlu ASAN xidmətdə qızının başına gələnlərdən yazıb. İqtisadçı facebook səhifəsində yazır:

Bu gün qızım Jaləni 3 saylı ASAN xidmətə müsabiqəyə çağırmışdılar. BDU-nun hüquq fakultəsinin tələbəsi olaraq Azərbaycanda ilk könüllü fəaliyyətini bu təşkilatda başlamaq istəyirdi. Müraciət edərkən seçimində mənim də məsləhətimə qulaq asmışdı. Jalə ABŞ-da yaşadığımız dövrdə orta məktəb şagirdi olaraq qırmızı xaç cəmiyyətində, təhsil aldığı East Chapel Hill ali məktəbində, Fusion gənclər radiosunda, fermerlər üçün xeyriyyə fəaliyyətinin təşkilində, Jordan gölünə ekoloji dəstək layihəsində və sair yerlərdə 100 saatdan çox könüllü kimi xidmət təcrübəsinə malik idi. Buna baxmayaraq bir neçə gün idi ki, müsabiqəyə hazırlaşdırdı. Çox yaxşı hazırlaşmışdı, hətta ASAN xidmətlə bağlı məndən də çox məlumatlı idi, onun nə vaxt, necə yaranması, şəbəkələnməsi, hansı fəaliyyətləri həyata keçirməsini öyrənib, arxayın və inamla səhər saat 11.30-da müsabiqəyə qatılmışdı. Müsabiqə götürən xanım bir neçə sualdan sonra Jalədən soruşur ki, rəğbət bəslədiyin 3 siyasətçini sadalaya bilərsənmi? O bu sualın cavabında Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoylunun və Əbülfəz Elçibəyin adını çəkib. Bu cavabdan sonra ona suallar kəsilib, onunla sagollaşıblar, deyiblər ki, gözlə 3 günə cavab verəcəyik. Çox gözləməyə ehtiyac da qalmadı, bir az bundan əvvəl aldığı imtina cavabından xeyli məyus olan Jaləni sakitləşdirərmək istəyirəm. Ona izah edirəm ki, onlar səndən istədiyi cavabı ala bilməyiblər, ona görə də seçməyiblər, ruhdan düşmə təkrar müraciət edərsən. O mənə cavab verir ki, nə əhəmiyyəti var axı mən rəgbət bəslədiyim siyasətçiləri dəyişən deyiləm.

Görəsən, ASAN xidmətdə müsabiqə götürən xanım siyasətçilər barədə sual verərkən Yeni Azərbaycan Partiyasına, yoxsa dövlət orqanına könüllü seçməyin fərqinə varibmi? Həqiqətən də əhaliyə sosial xidmət funkisyasını həyata keçirən dövlət orqanında könüllü olmaq üçün rəğbət bəslədiyin siyaəstçi, partiyalılığına dair suallar qərar qəbulu üçün daha önəmlidir?

Əgər ASAN xidmətdə könüllü olmaq üçün xüsusi ideoloji testdən keçmək tələb olunursa, onda görün başqa dövlət orqanlarında vəziyyət necədir. Hələ bu bizim “tərifli”mizdir!

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Kredit borcu olanlara BƏD XƏBƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: