“ASAN ödəniş” sistemi iki gün işləməyəcək

26-27 may tarixlərində görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.

Bu barədə virtualaz.org-a “ASAN xidmət” dən bildirilib.

“Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.azportalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq”, – deyə dövlət agentliyindən qeyd edilib

Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar vəwww.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər.

İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Şimal-Cənub dəhlizinin çəkildiyi əraziyə düşən evlər söküləcək

%d bloqqer bunu bəyənir: