Advertisements
24 saat

Arzu Rəhimovun kadrı xəstəni əsgər aparır – Göyçayda


Göyçay rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) və səhiyyə sistemindən şikayət var.

1994-cü il təvəllüdlü Nizami Abdullayev Habil oğlu 24saat.org-a yazıb ki, 2016-cı ilin mayında hərbi tibbi komissiyadan keçib. Onun sözlərinə görə, sinə sümüyünün qabarıqlığı və sağ biləyində sınıqla bağlı sümük çıxıntısı aşkar olunub:

“Bununla əlaqədar Göyçay Mərkəzi Rayon Xəstəxanasında bir günlük müayinə-müalicədən sonra yuxarıda adı çəkilən diaqnoz təsdiqləndi. Sonra məni müayinə üçün Bakıya -– Travmatologiya (ETTO) insititununa göndərdilər.

Orada isə xəstəxananın baş həkimi Fuad Quliyev mənə dedi ki, Göyçay SHXÇDX-nin razılığı olmadan məni hərbi xidmətə yararsız yaza bilməz. O, mənə “Get onlarla danış və razılaş” dedi. Yəni rüşvət verməyimi təklif etdi”.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: