Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Arzu edərdim ki, məhsullarımızın hər yerdə, o cümlədən Ermənistanda satılsın”

Eyyub Hüseynov: “Düşünmürəm ki, məhsullarımızın xarici ixracı bazarda qıtlıq yaratsın”

İqtisadiyyat Nazirliyi daha 4 Azərbaycan şirkətinin Rusiyaya ət və süd məhsulları ixrac edəcəyini bildirib. Maraqlıdır, Rusiya bazarına ət və süd məhsullarının ixracı Azərbaycanın daxili bazarında qıtlığa, bahalığa, habelə keyfiyyətsiz məhsulların artmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Rusiya bazarına məhsul ixracının məhsul qıtlığına səbəb olmayacağını vurğuladı:

“Azərbaycan bazarı guya inteqrasiya eləmiş bazardır. Rusiyadan da bura məhsullar gətirilir. Azərbaycan məhsullarının xarici bazarlara ixracının tərəfdarıyam. Tərəfdaryam ki, Azərbaycan brendi xaricdə tanınsın.

Düşünmürəm ki, məhsullarımızın xarici ixracı bazarda qıtlıq yaratsın. Çünki analoji olaraq xaricdən də Azərbaycana məhsullar gətirilir. Əgər Azərbaycan məhsulları xarici ölkələrdə yüksək qiymətə satılırsa, bu, Azərbaycanda heyvandarlığın inkişafına kömək edə bilər. Mən tərəfdarıyam ki, Azərbaycan məhsulları xarici dövlətlərdə, o cümlədən Ermənistanda satılsın”.

 

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

12 Azərbaycan şirkəti maneəsiz Rusiyaya mal ixrac edəcək

%d bloqqer bunu bəyənir: