Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102084

Arvadının bu söyüşünə görə… – Pavlovun qətl səbəbi

Məşhur rus terrorçu, “Motorola” ləqəbli Arsen Pavlovun ölümü ilə bağlı məxfi məlumat ortaya çıxıb. İddia edilir ki, onu 15-ci beynəlminəl briqadanın komandiri “Abxaz” ləqəbli Axra Avidzbanın adamları öldürüb.

Bu barədə ukraynalı jurnalist Roman Donik yazıb. Onun sözlərinə görə, bunun səbəbi Motorolanın xanımının az öncə abxazları təhqir etməsidir:

“Arvadı Abxaziyada xuliqanlıq etmişdi, daha sonra isə abxazları “qara …” (kobud təhqir – red.) adlandırıb, bundan sonra abxazlar Motorolanı öldürməyə qərar veriblər. Onun ölümünü Stavros Baqateliya maliyələşdirib. Abxaz uzun müddət Kremldəki adamlarından onun ölümünə icazə verilməsini istəyirdi. Ölüm hadisəsi Motorolanın məzuniyyətdən qayıdışından sonra baş verdi”.

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko da bildirib ki, qətlin kim tərəfindən həyata keçirildiyi ona məlumdur.

“Bu gündən etibarən qətlin kim tərəfindən törədildiyini araşdırmaq üçün istintaq tədbirləri həyata keçiriləcək. Heç bir mərhəmət olmayacaq, inanın”, – separatçı lider jurnalistlərə açıqlamasında deyib.

Qətlin sifarişçisinin adını çəkməyən Zaxarçenko bildirib ki, Motorolanın ölümü müharibə elanıdır:

“Mən elə başa düşürəm ki, Pyotr Poroşenko atəşkəsi pozub və müharibə elan edib. Onda gözləyin!”

Xatırladaq ki, Motorola bazar günü cangüdəni ilə bərabər qətlə yetirib. Qatil olduğunu iddia edən şəxslər maskalı halda video yayıblar və növbəti hədəfin Donets separatçılarının lideri Zaxarçenko olduğunu bildiriblər.(Axar.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Heç vaxt amnistiya olmayacaq -Yeni qərar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: