Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
63251

Arvadını öldürən qısqanc ərə hökm oxundu

3 azyaşlı başsız qaldı…

Həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Kazımov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi bu il iyun ayının 20-də Bakının Suraxanı rayonunda baş verib. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

T.Kazımov ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onların birgə nikahından 3 azyaşlı övladı qalıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkmənistanda azərbaycanlı müğənni həbs edildi – narkotik ittihamı ilə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: