Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Artur Rasizadə Gürcüstana səfərə gedib

Azərbaycanın baş naziri Artur Rasizadənin mayın 16-da Gürcüstana səfəri başlayıb.

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasizadəni Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Səfər çərçivəsində A.Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. (APA)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ramil Usubovdan yeni təyinat

%d bloqqer bunu bəyənir: