24 saat

Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü


Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.

Virtualaz.org bildirir ki, geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib.

Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavir Maya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər.

◀▶

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: