Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

.“Artıq “qanuni oğru” titulu da pulla alınır”

Əyyub Kərimov: “Əvvəllər isə bu adı əsla pulla almaq mümkün deyildi”

Məlum olduğu kimi, Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze Ukraynada fəaliyyət göstərən “vor zakon”ları Rusiyanın xeyrinə fəaliyyət göstərməkdə ittiham edib.
X.Dakanoidzenin bu açıqlaması “vor zakon”larla bağlı maraqlı bir məsələni aktuallaşdırıb. Hər zaman dövlətə qarşı cəbhə alan “vor zakon”ların siyasi hakimiyyətlərin diktəsi ilə fəaliyyət göstərməsi mümkündürmü? Doğrudanmı artıq qanuni oğrular da sifariş əsasında fəaliyyət göstərir və onlar özlərini müstəqil, “islaholunmaz” göstərən adi icraçılardır?
Bununla bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov indiki dönəmin qanunu oğrularının əvvəlki sələflərindən əhəmiyyətli şəkildə fərqləndiyinə diqqət çəkdi:
“Qanuni oğruların xüsusi kodeksləri olub. Zaman-zaman həmin kodekslər dəyişilib. Əvvəllər əsla “qanuni oğru” titulunu pulla almaq mümkün deyildi. 1992-1993-cü illərən etibarən isə belə bir tendensiya yarandı ki, bu da qanuni oğru adını pulla almaqdan ibarət idi.
Qanuni oğruların siyasətə qarışması da SSRİ-nin dağıldığı dönəmlərədn etibarən özünü göstərməyə başlayıb. Bütün bu tendensiyalar 90-cı illərdən sonra meydana gəlib. 40-50-ci illərin qanuni oğrularından fərqli olaraq, indi siyasətə qarışan qanuni oğrular var. Onlardan dövlət siyasi məqsədlər üçün istifadə edib və yəqin ki, bundan sonra da istifadə edəcək”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Meksikanın səfiri BANM-də olub…

%d bloqqer bunu bəyənir: