Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Artıq biznes-ledi olmuşam” – Oksana+fotolar

Rəqqasə Oksana Rəsulova əməkdar artist Murad Dadaşovla işbirliyinə başlayıb.

 

Axşam.az-a açıqlama verən sənətçi şoumenin lentə aldığı filmdə baş rolu ifa edəcəyini bildirib.

Oksana söyləyib ki, ekran işində tərəf müqabili İslam Mehrəliyev olacaq:

“Hələ Bakıda qalmalıyam. Murad Dadaşovun prodakşını tərəfindən çəkilən “Bayram axşamı” filmində baş roldayam. Komediya janrında olan filmin hazırlıqları başlanılıb. Çəkilişlər bitən kimi sentyabrda rəqs məktəbinin açılışını edəcəm. Daha sonra Hindistana yollanıb, filmə çəkiləcəm.

Aktrisalıq fəaliyyətimlə bağlı təriflər eşidirəm. Bu da məni həvəsləndirir”.

O.Rəsulova son günlər özünü iş xanımı kimi sınamasından bəhs edib:

“Artıq iş xanımı olmuşam. Biznes-ledi kimi ilk addımımı prodakşın açıb, “Şər qarışanda” filminin baş prodüseri olarkən atdım. Daha sonra rəqs məktəbi açdım”.

Rəqqasə vaxt tapan kimi müğənni rəfiqəsi İlhamə Qasımova ilə birlikdə Bodruma dincəlməyə gedəcəyini də deyib.

Foto: Ramin ASLANOV

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Əli Mirəliyev həyatdan bezdi: “Heç qadından da ləzzət ala bilmirəm…”

%d bloqqer bunu bəyənir: