Now Reading:
Aristotelin məzarı tapıldı – ARXEOLOQLAR AÇIQLAMA YAYDI
Full Article 40 second read

Aristotelin məzarı tapıldı – ARXEOLOQLAR AÇIQLAMA YAYDI



Yunan arxeoloqları Salonikidə keçirilən “Aristotel-2400” adlı konferensiyada bəyan ediblər ki, 20 illik qazıntılardan sonra yunan filosofunun məzarını aşkarlayıblar.

Virtualaz.org “Dojd” telekanalına istinadən bildirir ki, bu barədə Yunanıstanın ERT radiostansiyası xəbər yayıb.

İclasda çıxışı zamanı yunan arxeoloqu Kostas Sismandis bildirib ki, Aristotelin məzarı Xalkidiki yarımadasında, Olimpiada kəndi yaxınlığında yerləşir.

Qəbir Staqir şəhərinin kənarında Aristotelin doğulduğu yerdə aşkarlanıb.

“Biz qədim yazılarda qeyd edilən məzarı tapdıq. Məzara aparan yol Aqora şəhərinin ətrafında yerləşir”, – o izah edib.

Qeyd edk ki, qədim yunan filosofu Aristotel e.ə. 322-ci ildə vəfat edib. O, Platonun şagirdi və Makedoniyalı İsgəndərin tərbiyəçisi olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: