Loading...
Loading...

Arıqlamağın asan yolu: Buzlu su

Bədən sağlamlığı üçün hər birimiz su içməliyik. Ancaq arıqlamaq üçün su içirsinizsə, onda buzlusuna üstünlük verin.

Bütün pəhriz proqramlarında “Gündə ən azı 2 litr su için” tövsiyəsi mütləq qeyd edilir. Mütəxəssislərin fikrincə isə, arıqlamaq üçün pəhriz saxlayanlar mütləq buzlu su, buzlu çay və buzlu meyvə şirəsi içməlidir. Bunun səbəbi bədənin buzlu suyu isidib, orqanizmin istilik dərəcəsinə çıxara bilmək üçün əlavə çəki yandırıb enerji təmin etməsidir.
“Arıqlamaq üçün niyə buzlu su içməliyəm?”, – deyə maraqlananlar Aile.lent.az-ın bu yazısını oxusun.

Buzlu su içmək bədən sistemini, bədən istiliyinin düşməsini əngəlləmək üçün maddələr mübadiləsini sürətləndirməyə məcbur edir. Gündə 8 stəkan buzlu su içsəniz, 200 kalori yandıra bilərsiniz. Bu da arıqlamanızı sürətləndirir.

500 ml buzlu suyu 37 dərəcə bədən istiliyinə çıxarmaq üçün 17,5 kalori yandırmalı olursunuz.

Əgər adi su içməyi sevmirsinizsə, buzlu suyu limonla dadlandırın.

“Artıq su bədəni şişirdir, daha da çəkili göstərir” kimi fikirləri ağlınızdan çıxarın. Su qaraciyər və böyrəklərin təmizlənməsinə, toksinlərin vücuddan atılmasına yardım edən içkidir.

Qeyd edək ki, arıqlamaq üçün sadəcə buzlu su ilə kifayətlənməyin, gün ərzində 2 stəkan buzlu yaşıl çay da için.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Evlər həm ucuzlaşıb, həm də tələbat azalıb

Loading...
%d bloqqer bunu bəyənir: