Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1022330_ff3e1e16a946e38d39e529d392c34014_600x600_d3617d7a24f5f5ad13ec03f60614294e

Arıqladır, ürəyi qoruyur, enerji verir… – SUPER QİDA

Badam ən ləzzətli çərəzlərdən biridir. Ona super qida da deyilir. Super qidalarda yüksək miqdarda birdən çox vitamin, antioksidant və digər qidalandırıcı elementlər mövcuddur. Badam da super qida kimi salatlardan tutmuş şirniyyatlara qədər bir çox reseptlərdə istifadə olunur. Aile.lent.az badamın faydalarını bu cür sıralayır.

Ürəyin dostudur

 

Aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır. Badam yeyin, ürəyinizi qoruyun.

 

2-ci tip diabetdən qoruyur

 

Qan şəkərinin yüksəlməsi ciddi xroniki xəstəliyin meydana gəlməsinə səbəb olur. Tədqiqatçıların fikrincə, badam yeməkdən sonra yeyildikdə qan şəkərindəki artımı nizamlayır. Araşdırmalardan biri yeməklə yanaşı badam yeməyin bütün payın qlisemik təsirini (qan şəkəri üzərində olan təsiri) azaltdığını ortaya çıxarıb.

 

Arıqlamağı asanlaşdırır

 

Badam sağlamlığa faydaları ilə yanaşı, arıqlamağa da dəstək olur. Araşdırmalardan biri sübut edib ki, badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.

 

Enerji verir

 

Badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.

 

Kaliumla zəngindir

 

Bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.

 

E vitamini ehtiva edir

 

Badam yemək üçün digər səbəb də badamın yüksək nisbətdə antioksidant xüsusiyyəti olan E vitamini ehtiva etməsidir. E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar. Qaysılı və badamlı toyuq salatı kimi sağlam yeməklərlə bədəninizin sağlamlığını dəstəkləyin.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Çovdarov məhkəməyə gətirilmədi –Səhhəti imkan vermir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: