Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Arif Quliyevin xanımı ağır xəstəliyə yoluxdu – Vəziyyəti ağırdır

Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Bu barədə aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: “Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər”.
Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: “Amma bu, mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə…”

///lent.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dəhşətli qəza, ölən var – FOTOLAR

%d bloqqer bunu bəyənir: