Arif Hacılı : “Həbsdə olan, əli- qolu bağlı insana işgəncə vermək ən böyük şərəfsizlikdir.”


“Biz bu dövləti vətəndaşları təşviş, vahimə içində saxlamaq, görənin gözünü çıxartmaq, dinənin dilini kəsmək üçün yaratmadıq.”

Bu sözləri Müsavat başqanı Arif Hacılı şərlənərək həbs edilən Bayram Məmmədovun ona edilən işgəncələr barədə yazdığı izahatı ilə tanış olandan sonra yazıb.

Arif Hacılı yazır:

“Həbsdə olan, əli- qolu bağlı insana işgəncə vermək ən böyük şərəfsizlikdir.

Bayram Məmmədovun yazdıqları dəhşətdir.

Bayram bunları yazıb. Başına gələn belə hadisələri yazmaq, yayımlamaq imkanı olmayan nə qədər zavallılar həbsxana divarları arxasında məhv edilir.

Biz bu dövləti vətəndaşları təşviş, vahimə içində saxlamaq, görənin gözünü çıxartmaq, dinənin dilini kəsmək üçün yaratmadıq.

Bir dəfə də yazmışdım, “bizə nə olmuşdu, bu dəhşətlərə necə dözürdk” deyəcəyimiz gün də uzaqda deyil.

Bir qrup mənfəətpərəst bu ölkəni xalqın həbsxanasına çevirib.

Bu ölkəni hər kəsin sevə- sevə, doya-doya yaşadığı bir vətənə çevirmək üçün daha bir cümhuriyyət qurulmalıdır …və qurulacaq!”

bastainfo.com

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Polis rəisi inspektor vəzifəsinə endirildi

%d bloqqer bunu bəyənir: