Loading...
Loading...

Arif Əliyev KİVDF və Mətbuat Şurasını “sözə” tutdu

 

“Burda o qədər ciddi problemlər var ki, müsabiqə ilə bağlı problemlər çox xırda görsənir”

KİVDF və Mətbuat Şurasının media əməkdaşları arasında keçirdiyi müsabiqələrin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyi inkarolunmazdır. Lakin təəssüf ki, bu qurumların keçirdiyi müsabiqələrin nəticələri, bu nəticələrin obyektivliyi ilə bağlı media əməkdaşları arasında çoxdan bəridir ki, davam edən şübhə və narazılıq bu gün də davam etməkdədir.

Hazırda adıçəkilən qurumların keçirdiyi müsabiqələrlə bağlı narazılıq doğuran məqamlardan biri bu müsabiqələrdə  KİVDF-nin Müşahidə Şurası və Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan baş redaktorlara məxsus media orqanlarının iştirakı, onların demək olar ki, bütün müsabiqələrdə qaliblər sırasında yer almasıdır.

Maraqlıdır, KİVDF və Mətbuat Şurasının rəhbərliyində, Müşahidə Şurası və İdarə Heyətində təmsil olunan şəxslərə məxsus KİV-lərin bu müsabiqələrdə iştirakı, yaxud əksinə,  müsabiqələrdə iştirak edən media orqanlarının təsisçi və baş redaktorlarının KİVDF və Mətbuat Şurasının rəhbərliyində təmsil olunması nə dərəcədə doğrudur? Müsabiqə iştirakçısının həm də müsabiqə keçirən qurumun  rəhbərliyində təmsil olunması fonunda müsabiqə nəticələrinin obyektivliyindən danışmaq olarmı?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu qurumlarda daha ciddi problemlərin olduğuna diqqət çəkdi:

“Bu qurumların başında dayananlar həm də ən böyük yardımlar alan KİV-lərin rəhbərləridir. Siz indi nədən danışırsınız? Bu prinsiplər çoxdan pozulub. Bu binanın bünövrəsində yanlışlıqlar var. Bu qurumlarla bağlı yaşanan problemlərlə müqayisədə qeyd etdiyiniz problem çox kiçikdir. O qədər kiçikdir ki, bunca problem fonunda ona ciddi əhəmiyyət vermək olmur. Belə ədalətsizliklər, prinsipsizliklər çoxdur. Bu problemlər qeyd etdiyiniz qurumların rəhbərliyində olan insanların şəxsiyyəti ilə də bağlı deyil. Söhbət prinsipdən gedir. Əlbəttə ki, hər hansı KİV-in rəhbəri münsiflər heyətində, onun rəhbərliyində oturmamalıdır ki, öz media orqanına, adamlarına pul saymasın. Yaxud ətrafda belə təəssürat formalaşmasın. Bu, düzgünlük, etibar, ədalət prinsipidir. Hanıs ki, bu qurumlarda məlum prinsiplər işləmir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – SON YAZI

%d bloqqer bunu bəyənir: