Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100341.jpg

"ARDNŞ özəlləşdirilməyəcək" -Rövnəq Abdullayev

“Cənab Prezident də Davosda bu məsələyə aydınlıq gətirərək, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin özəlləşdirilməyəcəyini bəyan edib. SOCAR Azərbaycan dövlətinin 100% səhmlərinə sahib olduğu bir şirkətdir və SOCAR-ın xüsusi dövlət imtiyazları vardır. SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edir və ölkəmiz üçün olduqca strateji əhəmiyyətə malikdir”.

24saat.org  xəbər verir ki, bu haqda  SOCAR-ın prezidenti Rövnəq Abdullayev  APA-ya açıqlamasında bir çox məqamlarla yanaşı son zamanlar gündəmə gələn SOCAR- ın yaxın gələcəkdə özəlləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
SOCAR prezidenti bildirib ki, hazırda  gündəmdə belə bir məsələ yoxdur:  “Ancaq bildiyiniz kimi, SOCAR-ın 36 birgə müəssisəsi, 18 əməliyyat şirkəti, holdinq və çox sayda digər müəssisələri mövcuddur. SOCAR bu şirkətlərinin səhmlərini fond birjasında satışa çıxara bilər. Çünki vətəndaşlarımızın kapital bazarlarına birbaşa çıxışı olmalıdır və bu hal ümumilikdə ölkədaxili kapital bazarlarının inkişafına xidmət edən bir təmayüldür. SOCAR beynəlxalq bir şirkət olaraq, daxili və xarici maliyyə bazarlarının əhəmiyyətini yüksək qiymətləndirir və vətəndaşlarımızı da bu prosesə təşviq etmək niyyətindədir. Bunun üçün biz müvafiq bir şirkət də qurmuşuq, davamlı bazar araşdırmaları aparırıq və qlobal təcrübə və tendensiyaları yaxından izləyirik. SOCAR-ın alt şirkətləri vasitəsilə “Tekfen”, “Saipem” kimi bir çox şirkətlə ortaqlıqları mövcuddur, ancaq bizim hazırda başlıca məqsədimiz alt şirkətlərimizin səhmlərinin birjada satılmasını təmin etməkdir, çünki bu proses həm vətəndaşlarımıza, həm daxili kapital bazarlarının inkişafına, həm də SOCAR-a olduqca faydalıdır. Həmin səhmlərin gələcəkdəki satışı prosesinə başda yerli investorlarımız olmaqla, xarici investorlarımızı da cəlb etmək istəyirik”-deyə, R.Abdullayev bildirib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Şagirdini zorlayan müəllim həbs edildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: